Danışıqlar E3 nümayəndələrinin iştirakı ilə qapalı formatda keçirilib.
Ukraynanın baş danışıqçısı Rüstəm Umerov Almaniya, Fransa və Birləşmiş Krallıq nümayəndələri ilə danışıqlar aparmaq üçün Berlinə gəlib.
Qaziler.az bildirir ki, bu barədə "Politico" məlumat yayıb.
Nəşrin məlumatına görə, çərşənbə axşamı Umerov E3 ölkələrinin - Almaniya, Fransa və Böyük Britaniyanın milli təhlükəsizlik müşavirləri ilə görüşəcək.
Danışıqlar məxfi şəkildə aparılır. Almaniya kansleri Fridrix Mertsin nümayəndəsi görüşün qapalı xarakter daşıdığını əsas gətirərək, bu barədə şərh verməkdən imtina etdi.
Ukraynanın Berlindəki səfirliyi də şərh verməkdən imtina edib.
QAZİLER.AZ



