Tacikistanın paytaxtında 4-cü Beynəlxalq Su Konfransı çərçivəsində "Su Festivalı" təşkil edilib.
Qaziler.az bildirir ki, bu barədə "Kazinform" xəbər verir.
Festivalın əsas məqsədi suyun həyati əhəmiyyətli bir mənbə kimi dəyəri, eləcə də buzlaqların təmiz içməli suyun əsas mənbələri kimi əhəmiyyəti barədə məlumatlılığı artırmaqdır.
Su ehtiyatlarından diqqətli və məsuliyyətli istifadəyə və gələcək nəsillər üçün qorunub saxlanmasına xüsusi diqqət yetirilir.
Festival çərçivəsində "Navruzgoh" mədəniyyət və əyləncə parkında konfrans iştirakçıları və qonaqlar Tacikistanın tarixi və mədəniyyəti haqqında məlumat əldə etmək imkanı əldə etdilər.
Tədbirdə xalq sənətkarlıq nümunələri, taciklərin və dünya xalqlarının milli yeməkləri sərgisi və ölkənin aparıcı sənətkarlarının iştirakı ilə konsert təşkil olunub.
"Navruzgoh" mədəniyyət və əyləncə parkında konfrans iştirakçıları və qonaqlar Tacikistanın tarixi və mədəniyyəti haqqında məlumat əldə etmək imkanı əldə etdilər.
QAZİLER.AZ



