Türkiyənin Qars bölgəsinin Kağızman rayonunda 300 metr hündürlükdən dərəyə yuvarlanan nəqliyyat vasitəsindəki iki nəfər son anda tullanmağı bacarıb və xilas olub.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, Qarsın Günindi kəndindən Kağızmana gedən nəqliyyat vasitəsinin sürücüsü yağış səbəbindən sürüşkən olan yolda idarəetməni itirib.
Uçuruma doğru gedən nəqliyyat vasitəsindəki sürücü və sərnişin son anda özlərini bayıra ataraq xilas olmağı bacarıb.
İdarəetmədən çıxan nəqliyyat vasitəsi təxminən 300 metr aşağı yuvarlanıb.
Qəzanın şahidi olan vətəndaşların verdiyi məlumata əsasən, hadisə yerinə AFAD və təsili tibbi yardım qrupları göndərilib.
Tibbi qruplar yüngül xəsarət alan iki nəfərə hadisə yerində ilk tibbi yardım göstərib. Yaralılar daha sonra tədbir olaraq xəstəxanaya aparılıblar.
Qəza ilə bağlı araşdırma başlanıb.
QAZİLER.AZ



