Belarus Prezidenti Aleksandr Lukaşenko respublikanı Tatarıstanla müqayisə edərək, təmizlik və nizam-intizam baxımından oxşarlıqları qeyd edib.
Qaziler.az bildirir ki, bu barədə mayın 25-də "Pul Pervoqo" Telegram kanalı məlumat verib.
Bu açıqlama Minskdə Lukaşenko ilə Tatarıstan Prezidenti Rüstəm Minnixanov arasında keçirilən görüş zamanı verilib.
"Ölkəniz çox səliqəli və təmizdir və siz nizam-intizamı qoruyursunuz. Gəncliyimizdən bilirəm ki, nizam-intizama nə qədər hörmət edirsiniz. Bu, uğur gətirir", - deyə Belarus lideri qeyd edib.
Onun sözlərinə görə, Belarus ictimai həyatın təşkili və idarəetmə mədəniyyəti baxımından bir çox cəhətdən Tatarıstana bənzəyir.
QAZİLER.AZ



