25 ildən artıq Ukraynada yaşayan qazax ıstanlı müğənni Nazgül Şukayeva vəfat edib
Qazaxıstanda doğulan, lakin ömrünün çox hissəsini Ukraynada keçirən müğənni Nazgül Şukayeva dünyasını dəyişib.
Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” ulduzun dostunun “Facebook” paylaşımına istinadən məlumat yayıb.
Müğənni Ukrayna hərbçilərinə fəal şəkildə kömək edib, oğlu isə Ukrayna Silahlı Qüvvələrində xidmət keçib.
Müğənni mayın 23-də vəfat edib.Onun 52 yaşı olub.
Yaxınlarının dediyinə görə, onun ölümünə səbəb ağır xəstəlik olub. Əlavə təfərrüatlar açıqlanmır.
Onun repertuarına caz, etno, opera və avanqard daxildir.
Yaradıcılıqla yanaşı, Şukayeva aktiv könüllü idi və Ukrayna ordusuna dəstək verirdi. Onun oğlunun Ukrayna Silahlı Qüvvələrində xidmət etdiyi də məlumdur.
Müğənni evli idi və üç övladı var.
QAZİLER.AZ



