Volodin: Paşinyan Rusiyaya qarşı qeyri-dost siyasəti yürüdür
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya qarşı qeyri-dost siyasət yürüdür.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bunu mayın 22-də bildirib.
"Paşinyan artıq bütün siyasi qərarlarını verib. Vurğulamaq istəyirəm ki, o, Rusiyaya qarşı dost olmayan, bizimlə müharibə aparan, Rusiya Federasiyasını məhv etməyə çalışan və inkişafımıza mane olan ölkələrlə münasibətlər qurmağın tərəfdarıdır", - deyə o, "Max" messengerində yazıb.
Volodinin sözlərinə görə, tərəfdaşlıq qarşılıqlı hörmət, fayda və suveren dövlətlərin işlərinə qarışmamaq üzərində qurulmalıdır. O qeyd edib ki, Rusiya Ermənistanı dəstəkləmək üçün əhəmiyyətli səylər göstərir, o cümlədən respublika vətəndaşlarına Rusiya ərazisində potensiallarını reallaşdırmaq üçün resurslar və imkanlar təmin edir.
QAZİLER.AZ



