Çexiya prezidenti Ukrayna üçün "pis sülhün" nəticələri barədə xəbərdarlıq edib

Çexiya prezidenti Ukrayna üçün "pis sülhün" nəticələri barədə xəbərdarlıq edib backend

Çexiya lideri qeyd etdi ki, Ukrayna hazırda yalnız bütün Avropanı müdafiə etmir.

Ukraynada "pis sülh" bütün Avropanın təhlükəsizliyi üçün uzunmüddətli mənfi nəticələrə səbəb olacaq. Eyni zamanda, Ukrayna dövlətinə dəstək Avropa sabitliyinə birbaşa investisiyadır.

Qaziler.az-ın "Azadlıq" radiosuna istinadən verdiyi məlumata görə, bu barədə Çexiya prezidenti Petr Pavel bildirib.

Çexiya liderinin sözlərinə görə, Ukrayna təkcə Avropanı müdafiə etmir, həm də müharibəyə yanaşmasını kökündən dəyişdirir. O, Ukraynanı qitənin ən güclü müdafiə oyunçularından biri adlandırıb.

"O, fövqəladə dözümlülük nümayiş etdirib, geniş döyüş təcrübəsi qazanıb və texnoloji innovasiyalar inkişaf etdirib", - deyə Pavel vurğulayıb.

Çexiya prezidenti Kiyevə yardımın xeyriyyəçilik deyil, birbaşa investisiya olduğunu vurğuladı. O, Ukrayna qalib gələrsə, Avropanın təhlükəsiz olacağını, lakin "pis sülhə" məcbur edilərsə, nəticələrinin onilliklər ərzində hiss olunacağını bildirdi.

QAZİLER.AZ