Yermak atasının Rusiyaya səfəri ilə bağlı şayiələrə cavab verib

Yermak atasının Rusiyaya səfəri ilə bağlı şayiələrə cavab verib backend

Bundan əvvəl KIV Boris Yermakın Rusiyaya səfəri barədə məlumat vermişdi.

Ukrayna Prezidenti Aparatının keçmiş rəhbəri Andrey Yermak atası Boris Yermakın 2019-cu ildə Sankt-Peterburqa səfər etməsi ilə bağlı şayiələri nə təsdiq, nə də təkzib edib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna məhkəmə iclasının yayımına istinadən məlumat yayıb.

Jurnalist Yermakdan atasının Rusiyaya getdiyi barədə şayiələrə münasibət bildirməsini xahiş edib.

"Bilmirəm. Atamın 81 yaşı var, çox hörmətli, dürüst və vətənpərvər insandır. Onun səfərləri haqqında məlumatım yoxdur. Hətta olsa belə, bunu o, özü deməlidir", - Yermak bildirib.

Prezident Aparatının keçmiş rəhbəri həmçinin bu cür şayiələrin ailəsinə qarşı aparılan kampaniyanın bir hissəsi olduğunu hesab edir. Və "nədənsə heç kim" qardaşının rusiyalı işğalçılara qarşı döyüşməsi haqqında yazmır.

Yermakın sözlərinə görə, atası bütün ömrü boyu Kiyevdə yaşayıb və ölkəsini sevir.

QAZİLER.AZ