Zelenski Serbiyaya başqa vaxt səfər edəcək - Prezident Administrasiyası

Zelenski Serbiyaya başqa vaxt səfər edəcək - Prezident Administrasiyası backend

Vladimir Zelenskinin Serbiyaya səfərinin bu həftə baş tutmayacağı ilə bağlı mediada yayılan xəbərlərdən sonra Prezident Administrasiyası səfərin başqa vaxta keçirildiyini təsdiqləyib.

Qaziler.az-ın yerli mətbuata istinadən  məlumatına görə, bu barədə jurnalistlərə prezidentin kommunikasiya üzrə müşaviri Dmitri Litvin bildirib.

"Bunu başqa tarixdə etməyin daha məqsədəuyğun olacağına qərar verdik və bu vaxt ərzində Kaçka (Baş nazirin müavini – red.) bəzi sualları hazırlamaq üçün orada olacaq", - Litvin bunu Vladimir Zelenskinin səfəri ilə bağlı mediada yayılan məlumatlarla bağlı suala cavabında bildirib.

QAZİLER.AZ