Putinin Çinə səfəri başa çatıb

Putinin Çinə səfəri başa çatıb backend

Rusiya Prezidenti Vladimir Putinin Çinə iki günlük səfəri başa çatıb.

Qaziler.az bildirir ki, bu barədə "RİA Novosti" məlumat verib.

Hava limanında Rusiya prezidentini fəxri qarovul dəstəsi və əllərində Rusiya və Çin bayraqları tutan məktəblilər yola salıblar. 

Putin mayın 19-da Çinə gedib. Onu Çinin xarici işlər naziri Van İ qarşılayıb.

Rusiya nümayəndə heyəti üçün fəxri qarovul dəstəsinin və Rusiya və Çin bayraqlarını dalğalandıran uşaqların iştirakı ilə mərasim təşkil edilib.

QAZİLER.AZ