Gürcüstanda "Son zəng" şənliyinə gedən avtomobil karvanı qəzaya uğrayıb

Gürcüstanda "Son zəng" şənliyinə gedən avtomobil karvanı qəzaya uğrayıb backend

Qoridə "Son zəng" şənliyinə gedən avtomobil karvanı qəzaya uğrayıb

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, qəza Tkviavi-Dzeveri yolunda baş verib.

Əldə olan məlumata görə, sürücülərdən biri qəflətən əyləci basıb və nəticədə iki avtomobil toqquşub.

Maşınlardan birində məzunların şənliyi izləməyə gedən  valideynləri olub.

Qəzada heç kim xəsarət almayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə dərhal gəliblər. Agentliyin məlumatına görə, qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati tədbirlər görülüb.

QAZİLER.AZ