Rusiya Belarus və Bryansk vilayətindən Ukraynaya hücum ssenarilərini nəzərdən keçirir - VİDEO

Rusiya Belarus və Bryansk vilayətindən Ukraynaya hücum ssenarilərini nəzərdən keçirir - VİDEO backend

Dövlət başçısı təhlükəsizliyin gücləndirilməsi ilə bağlı addımlardan danışıb

Rusiyalılar Belarus və Bryansk vilayətindən Çerniqov-Kiyev marşrutu ilə Ukraynaya hücum ssenarilərini nəzərdən keçirirlər.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna prezident Vladimir Zelenskinin bəyanatına istinadən məlumat yayıb.

Dövlət başçısı Belarus-Bryansk bölgəsindəki hadisələri hərbi qulluqçular, kəşfiyyat orqanları, Ukrayna Təhlükəsizlik Xidməti (UTX) və Xarici İşlər Nazirliyi ilə müzakirə etdiyi görüşün nəticələri barədə məlumat verdi.

"Əlbəttə ki, biz artıq bu sahədə müdafiəmizi gücləndirmək üçün çalışırıq. Hərbi komandanlıq müvafiq təlimatlar alıb, lakin biz həm Belarusda, həm də Rusiyanın təhlükə olduğu müəyyən bölgələrində qabaqlayıcı tədbirlər görürük", - deyə prezident bildirib.

Zelenski əlavə edib ki, Ukrayna Xarici İşlər Nazirliyinin Belarusla bağlı işində proaktiv olacağını, xüsusən də təzyiqi artıracağını və Ukraynanın tərəfdaşları ilə koordinasiyanı gücləndirəcəyini gözləyir.

QAZİLER.AZ