Rusiya şəhərində sakinlərin təxliyəsinə başlanılıb

Rusiya şəhərində sakinlərin təxliyəsinə başlanılıb backend

Armavirdə sakinlər daşqın zonasından təxliyə olunmağa başlayıblar.

Armavir sakinləri Kuban və Urup çaylarının suyunun səviyyəsini əhəmiyyətli dərəcədə artıran güclü yağışlardan sonra daşqın zonasından təxliyə olunmağa başlayıblar.

Qaziler.az bildirir ki, şəhər administrasiyası təbii fəlakət barədə Telegram kanalında məlumat verib.

Səlahiyyətlilər Armavir sahil ərazilərində daşqın riskinin qaldığını qeyd ediblər.

"Fövqəladə Hallar Komissiyasının təcili iclasından sonra bu gün saat 16:00-da potensial daşqın zonalarından sakinlərin təxliyəsinə başlamaq qərarı verildi", - məlumatda deyilir.

QAZİLER.AZ