Yeni hərbi və nüvə təlimləri fonunda Rusiya və Belarus yenidən şimaldan Ukraynaya mümkün hücum barədə danışırlar. Lakin Aleksandr Lukaşenko Ukraynaya hücumun nəticələrindən yaxşı xəbərdardır.
Qaziler.az bildirir ki, ukraynalı ekspert Taras Zaqorodnıy bunu "RBC-Ukrayna"ya verdiyi müsahibədə bildirib.
Zaqorodniy hesab edir ki, Lukaşenko Belarusun Ukraynaya qarşı müharibəyə birbaşa cəlb olunmasının qarşısını almaq üçün əlindən gələni edəcək.
"Lukaşenko quldur və diktatordur, amma axmaq deyil", - deyə ekspert bildirib.
Onun sözlərinə görə, Belarus diktatoru müharibəyə real giriş halında öz iqtisadiyyatı və hökuməti üçün risklərin yaxşı fərqindədir.
QAZİLER.AZ



