Türkiyədə ticarət mərkəzinin damında yanğın baş verib

Türkiyədə ticarət mərkəzinin damında yanğın baş verib backend

İstanbulun Pendik rayonunki ticarət mərkəzinin damında baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verib.

Kaynarca məhəlləsindəki Tersahane qovşağında yerləşən ticarət mərkəzinin damında yerləşən günəş panellərində naməlum səbəblərdən yanğın baş verib.

Xəbərdarlıqdan sonra əraziyə polis, yanğınsöndürmə və tibbi qruplar göndərilib.

Polis qrupları ticarət mərkəzinin qarşısında tədbir alıb, içəridəki işçilər və vətəndaşlar təxliyə edilib.

Yanğın yanğınsöndürmə briqadası tərəfindən nəzarət altına alınıb və söndürülüb.

QAZİLER.AZ