Kayseridə dəhşətli qəza: Ölən var

Kayseridə dəhşətli qəza: Ölən var backend

Türkiyənin Kayseri bölgəsinin Yahyalı rayonunda avtomobil və yüngül kommersiya nəqliyyat vasitəsi toqquşub. Dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Məlumatdan sonra əraziyə jandarma və təcili yardım briqadalrı göndərilib.

Jandarma qrupları yolu təhlükəsizləşdirərkən, tibbi qruplar yaralılara ilk tibbi yardım göstərib və sonra onları təcili yardımla xəstəxanaya çatdırıblar.

Qəzada ağır yaralanan şəxsi xilas etmək üçün bütün səylərə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Araşdırmalardan sonra nəqliyyat vasitələri evakuatorla yoldan çıxarılıb.

Qəza ilə bağlı araşdırma başlanılıb.

QAZİLER.AZ