Avropada hər hansı bir siyasi xadim və ya məmur siyasi meyitə çevrilərdi.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, bunu Ermənistanın ikinci prezidenti, baş nazirliyə namizəd Robert Koçaryan "Ermənistan" blokunun nümayəndələrinin Gümrü sakinləri ilə görüşündə bildirib.
O, Paşinyanın seçkiqabağı təşviqat zamanı etdiyi çıxışları və itkin düşmüş şəxsin bacısının ona tənqidi sualla yaxınlaşması zamanı baş verən məlum insidenti (onun əlindən tutmağa çalışması və üstünə qışqırması) şərh edərkən belə deyib."Dünən və srağagün İrəvanda elə səhnələr yaşanırdı ki, mən utancımdan yerə girirdim. Bir məmurun bir qadınla belə danışdığını görməmişdim və bunun mümkün ola biləcəyini düşünmürdüm. Və belə adamlar bizi "işıqlı Avropaya" apardıqlarını deyirlər. Avropada, onların çox sevdiyi Avropada hər hansı bir siyasi xadim, məmur siyasi meyitə çevrilərdi. Avropada unitazlar onların jarqonundan daha təmizdir. Biz bunu rədd edirik. Hakimiyyətdə olduğum 10 il ərzində mənim bu tonda danışdığıma bir nümunə göstərin. Rüsvayçılıqdır! Ölkə lideri trendi formalaşdırır, o, Ermənistan vətəndaşının necə olmalı olduğunu göstərir. Biz belə trendləri rədd edirik. Bu, xalq üçün rüsvayçılıqdır. Anlamaq lazımdır ki, Nikol Paşinyanı seçən – Əliyevi seçir. Bu adamın etdikləri Azərbaycanın xeyrinədir, yəqin ki, həm də onların göstərişi ilədir", - deyə Koçaryan qeyd edib.
QAZİLER.AZ



