Qırğızıstan yeni sanksiyalar riski səbəbindən şirkətlərini bağlamağa başlayıb

Qırğızıstan yeni sanksiyalar riski səbəbindən şirkətlərini bağlamağa başlayıb backend

Qırğızıstan əlavə sanksiyalar riski səbəbindən yerli qeydiyyatdan keçmiş 50 şirkəti bağlayıb. Bu, Rusiyaya məhdudiyyətləri aşmaqda kömək etdiyi iddiası ilə Aİ-nin nəzarəti altında olan ölkədə ilk belə addımdır.

Qaziler.az bildirir ki, bu barədə "Reuters" agentliyinə istinadən məlumat yayıb.

Qırğızıstan Ədliyyə Nazirliyi sanksiyaların pozulması riski yüksək olan əməliyyatlarda iştirak edən 50 hüquqi şəxsin "fəaliyyətinin eyni vaxtda dayandırılması barədə əmr" verdiyini açıqladı.

Bəyanatda bağlanma əmrinin hədəf aldığı şirkətlər və ya sənaye sahələri göstərilməyib. Həmçinin, Rusiyadan da bəhs edilməyib.

Qazaxıstan agentliyi şirkətlərin bağlanması qərarını "pis niyyətli yüksək riskli əməliyyatların" müəyyən edilməsi üçün yeni mexanizm çərçivəsində görülən ilk belə tədbir kimi təsvir edib.

QAZİLER.AZ