İranda məhbuslar edamların ləğvini tələb edirlər

İranda məhbuslar edamların ləğvini tələb edirlər backend

Bu gün insan haqları təşkilatlarının məlumatına görə, İranın 56 zindanında minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə aclıq aksiyasına başlayıb.

Qaziler.az bu barədə “Azad İran” teleqram kanalına istinadla xəbər verir.

Bildirilib ki, aksiya səhər saatlarından etibarən başlayıb və məhbuslar bu addımla ölkədə artan edam cəzalarına diqqət çəkməyə çalışırlar.

Məlumata əsasən, aclıq aksiyası mütəmadi şəkildə keçirilir və bu dəfə onun 122-ci dəfə təşkil olunduğu qeyd olunub.

Aksiya hər həftənin ikinci günündən başlayaraq 24 saatlıq müddət üçün aparılır.

İnsan haqları təşkilatları bu vəziyyətin beynəlxalq ictimaiyyət və hüquq müdafiə qurumları tərəfindən daha çox diqqətə alınmasını tələb edir.

QAZİLER.AZ