Tehranda hərbi maşınlar toy avtomobillərinə çevrildi

Tehranda hərbi maşınlar toy avtomobillərinə çevrildi backend

İranın paytaxtı Tehranda min cütlük üçün keçirilən kütləvi toy mərasimi üçün hərbi nəqliyyat vasitələri toy maşınlarına çevrilib.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber yazıb.

Tehranın müxtəlif yerlərində min cütlük üçün kütləvi toy mərasimi keçirilib.

Məkanlardan biri İmam Hüseyn Meydanı olub.

Meydanda 110 cütlük evlənib.

Kütləvi mərasim zamanı güllərlə bəzədilmiş hərbi nəqliyyat vasitələrinin toy avtomobili kimi istifadə edilməsi iştirakçılar tərəfindən maraqla izlənilib.

Bəylərin çəhrayı və ağ bəzəklərlə rəngləndirilən hərbi üslublu nəqliyyat vasitələrindən istifadə etmələri də diqqəti cəlb edib.

QAZİLER.AZ