Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Sani, İordaniyanın xarici işlər naziri Ayman Səfadi və ABŞ-ın vasitəçiləri ilə telefon danışıqları aparıb.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.
Məlumata görə, danışıqlar Tehran və Vaşinqton arasındakı müzakirələrlə bağlı olub.
Xarici İşlər Nazirliyindəki mənbələrə görə, Hakan Fidan telefon danışıqları zamanı İran və ABŞ arasında danışıqların gedişatını qətərli həmkarı əl-Sani, iordaniyalı həmkarı Safedi və ABŞ vasitəçiləri ilə müzakirə edib.
QAZİLER.AZ



