İşğalçılar tərəfindən oğurlanan Gürcüstan vətəndaşları azad edilib - DTX

İşğalçılar tərəfindən oğurlanan Gürcüstan vətəndaşları azad edilib -  DTX backend

Bir qədər əvvəl Rusiya işğalçı qüvvələri tərəfindən Qori bələdiyyəsinin Tsitelubani kəndi yaxınlığında qaçırılan iki Gürcüstan vətəndaşı azad edilib.

Qaziler.az bildiir ki, bu barədə Gürcüstan mətbuatı yazıb.

Onlar hazırda ölkənin mərkəzi hakimiyyəti tərəfindən nəzarət edilən ərazidədirlər.

Agentlik qeyd edib ki, onların azad edilməsi üçün bütün mövcud mexanizmlərdən, o cümlədən Gürcüstandakı Aİ Monitorinq Missiyasının qaynar xəttindən istifadə edilib.

DTX həmçinin bildirib ki, işğal olunmuş ərazilərdə qanunsuz saxlanılan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün işləri davam etdirir.

Bu arada, işğal olunmuş Sxinvali bölgəsi bildirib ki, Gürcüstan vətəndaşları 15 mayda "qəsdən dövlət sərhədini pozublar".

Bunlar Nikoloz Tadtayev və İmeda Tsetsxladzedir.

"18 mayda qayda pozanlar respublikadan çıxarılıb və cərimələniblər", - Sxinvali qeyd edib.

QAZİLER.AZ