Gürcüstanın birinci xanımı: Heç vaxt həyat yoldaşımın işlərinə qarışmaram

Gürcüstanın birinci xanımı: Heç vaxt həyat yoldaşımın işlərinə qarışmaram backend

Gürcüstanın birinci xanımı Tamar Baqrationi heç vaxt ərinin işlərinə qarışmadığını və qanunla əfv olunmaq hüququ olanların hamısının əfv olunacağını bildirdi.

Qaziler.az bildirir ki, bu barədə apsny.ge xəbər verir.

Birinci xanımdan etirazlar zamanı saxlanılanların mümkün əfvi barədə soruşuldu. Cavab olaraq Tamar Baqrationi qanunla əfv olunmaq hüququ olanların hamısının əfv olunacağını qeyd etdi.

"Mən heç vaxt ərimin işlərinə qarışmıram. Bütün həyatım boyu humanitar missiyaya xidmət etmişəm. Aydındır ki, gənclər əfv istəyirlər və qanunla əfv olunmaq hüququ olanların hamısı əfv olunacaq. Bundan artıq bir şey deyə bilmərəm", - deyə Tamar Baqrationi qeyd etdi.

QAZİLER.AZ