Ukrayna Silahlı Qüvvələrinin (USQ) dron hücumundan sonra rusiyanın Ryazan şəhərində fövqəladə vəziyyət elan edilib.
Qaziler.az bildirir ki, bu barədə regional hökumətin saytında məlumat verilib.
"Qərar hava hücumu nəticəsində ölən və yaralananların olması, eləcə də yaşayış və digər binalara qismən ziyan dəyməsi səbəbindən qəbul edilib", - məlumatda deyilir.
Fövqəladə vəziyyət 15 mayda qüvvəyə minəcək və sonrakı xəbərdarlığa qədər davam edəcək. Regional hökumət sədrinin birinci müavini Denis Bokov təmizləmə işlərinə nəzarət edəcək.
USQ 15 may gecəsi Ryazan şəhərinə hücum edib. Hücumda 99 pilotsuz uçuş aparatı istifadə edilib.
Son məlumatlara görə, dörd nəfər ölüb, daha 28 nəfər yaralanıb.
QAZİLER.AZ



