Orta Asiya ölkələri arasında Qazaxıstan adambaşına ən qənaətcil su istehlakıçısıdır.
Qaziler.az bildirir ki, bunu, "Worldometer" onlayn xidmətinin məlumatları da sübut edir.
Qazaxıstan adambaşına gündə təxminən 3397 litr su istehlak edir ki, bu da regionda ən aşağı göstəricidir.
Müqayisə üçün, Qırğızıstan təxminən 4153 litr, Tacikistan 4460 litr, Özbəkistan 4778 litr, Türkmənistan isə gündə adambaşına 15445 litrə qədər su istehlakı ilə dünyada liderlik edir.
"Worldometer"ə görə, Türkmənistan sakinləri gündəlik su istehlakına görə təkcə Orta Asiyada deyil, həm də qlobal miqyasda liderlik edirlər. Adambaşına ən yüksək su istehlakına malik on ölkəyə aşağıdakılar daxildir:
Çili (5880 litr/gün);
Qayana (5284 litr/gün);
Özbəkistan (4778 litr/gün);
Tacikistan (4460 litr/gün);
Qırğızıstan (4153 litr/gün);
ABŞ (3732 litr/gün);
İran (3638 litr/gün);
Estoniya (3585 litr/gün);
Azərbaycan (3512 litr/gün).
Ən aşağı su istehlakı səviyyəsi Afrika ölkələrində qeydə alınıb. Ən aşağı göstərici Konqo Demokratik Respublikasındadır - adambaşına gündə cəmi 32 litr su düşür.
QAZİLER.AZ



