Mayın 14-dən 15-ə keçən gecə Ukrayna dronlarının Rusiyanın Ryazan vilayətinin Novoselovo qəsəbəsinə zərbə endirib. PUA-lardan biri doqquzmərtəbəli binaya çırpılıb. Hücum nəticəsində 3 nəfər həlak olub, daha 12 nəfər yaralanıb.
Rusiya Azərbaycanlıların milli-mədəni muxtariyyəti Lyubertsi şəhər dairəsinin sədr müavini Nicat ilyasovun Qaziler.az-a verdiyi məlumata görə, ölənlərdən biri 7 yaşlı azərbaycanlı uşaqdır.
"Ölənlərdən biri 2018-ci il təvəllüdlü Quliyeva Sevinc Məhəmməd qızıdır. Onun valideynləri əslən Ağcabədi rayonunun Qaraxanlı kəndindəndirlər. Hazırda uşağın nəşi morqdadır. Onun Azərbaycana gətirilərək, dədə-baba torpağında dəfn etmək pıanlaşdırılır. Diaspora azərbaycanlı uşağın həlak olmasından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir. Müharibədə təəssüf ki, uşaqlar da ölür", - Nicat İlyasov deyib.
QAZİLER.AZ



