Aksarayda mikroavtobus və yük maşını toqquşub: 12 yaralı

Aksarayda mikroavtobus və yük maşını toqquşub: 12 yaralı backend

Türkiyənin Aksaray şəhərində mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 3-ü ağır olmaqla 12 nəfər yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verib.

Aksaray-Konya avtomobil yolunun 35-ci kilometrliyində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus yük maşını ilə toqquşub.

Məlumatdan sonra qəza yerinə təcili yardım briqadaları və polis qrupları gəlib.

Qəza yerində ilkin tibbi yardım alan on iki yaralı təcili yardım maşını ilə şəhərdəki xəstəxanalara aparılıb.

Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

QAZİLER.AZ