Dron hücumu "Qazprom"un Həştərxandakı zavodunda yanacaq istehsalını iflic etdi

Dron hücumu "Qazprom"un Həştərxandakı zavodunda yanacaq istehsalını iflic etdi backend

Zavod sentyabr ayından bəri fəaliyyət göstərmirdi və hücumdan qısa müddət əvvəl yanacaq istehsalı bərpa olunmuşdu.

"Qazprom" şirkətinin Rusiyanın cənubundakı Həştərxan vilayətindəki qaz emalı zavodu 13 mayda dron hücumu nəticəsində baş verən yanğından sonra motor yanacağı istehsalını dayandırıb.

Qaziler.az bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.

Mənbənin məlumatına görə, əsas avadanlıqlar, o cümlədən benzin və dizel yanacağı istehsal edən, ildə təxminən 3 milyon ton istehsal gücünə malik birləşmiş sabit qaz kondensat emalı qurğusu dayandırılıb.

QAZİLER.AZ