Qazaxıstan və Türkiyə prezidentləri Astanada Beynəlxalq Süni İntellekt Mərkəzini ziyarət ediblər - FOTO

Qazaxıstan və Türkiyə prezidentləri Astanada Beynəlxalq Süni İntellekt Mərkəzini ziyarət ediblər - FOTO backend

Qasım-Jomart Tokayev və Rəcəb Tayyib Ərdoğana mərkəzin ölkə üçün əsas texnologiya mərkəzi kimi potensialı təqdim edildi.

Qaziler.az bildirir ki, bu barədə "Kazinform" agentliyi məlumat verir.

Baş nazirin müavini, Süni İntellekt və Rəqəmsal İnkişaf naziri Jaslan Madiyev iki ölkə liderlərinə muzeyin eksponatlarını və süni intellekt kinoteatrının imkanlarını nümayiş etdirdi. O, həmçinin Alem.ai-nin uzunmüddətli inkişaf strategiyasını açıqlayıb.

Səfər çərçivəsində həmçinin Astana Smart City layihəsinin təqdimatı da keçirildi.

Bundan əvvəl Qasım-Jomart Tokayev və Rəcəb Tayyib Ərdoğan Qazaxıstan-Türkiyə Biznes Forumunda iştirak etmişdilər.

Xatırladaq ki, dünən, 13 may tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qasım-Jomart Tokayevin dəvəti ilə Qazaxıstana dövlət səfərinə gəlmişdi. Qazaxıstan Prezidenti hörmətli qonağı Astana hava limanında qarşılayıb.

Dövlət başçısı Qasım-Jomart Tokayev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məhdud tərkibdə danışıqlar aparıblar.

QAZİLER.AZ