Acarıstan hökumətinin sədri Azərbaycan səfiri ilə görüş keçirib

Acarıstan hökumətinin sədri Azərbaycan səfiri ilə görüş keçirib backend

Acarıstan hökumətinin sədri Zurab Pataradze Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Batumidəki baş konsulu Fuad Əzizovla görüşüb.

Qaziler.az yerli mətbuata istinadən bildirir O, yeni vəzifəsində ilk diplomatik görüşünü Azərbaycan nümayəndələri ilə keçirməsinin simvolik olduğunu qeyd edib.

Görüşdə ölkələr arasında strateji tərəfdaşlıq, eləcə də iqtisadi və ticarət əlaqələrinin dərinləşdirilməsi perspektivləri müzakirə olunub.

Turizm axınları və onların maksimum rahatlığı təmin etmək və vətəndaşların maraqlarına diqqət yetirmək üçün idarə olunması zərurəti ayrıca müzakirə edilib.

Azərbaycan nümayəndələrinə həmçinin Acarıstanın bütün dörd mövsüm üçün turizm potensialı barədə məlumat verilib.

Hökumət başçısının sözlərinə görə, region ikitərəfli biznes forumlarına və işgüzar əlaqələrin gücləndirilməsinə və yeni tərəfdaşlıqların yaradılmasına kömək edəcək böyük tədbirlərə ev sahibliyi etməyə hazırdır.