Zelenski Rumıniya Prezidenti ilə görüşündən danışıb

Zelenski Rumıniya Prezidenti ilə görüşündən danışıb backend

Ukrayna Prezidenti Volodimir Zelenski və Rumıniya Prezidenti Nikuşor Dan Buxarestdə dron sferasında əməkdaşlıq və Ukraynanın Avropaya inteqrasiyasını müzakirə ediblər.

Qaziler.az-ın Ukrayna mətbuatına istinadən məlumatına görə, Zelenski bu barədə rəsmi çıxışında danışıb.

Zelenski "Buxarest Doqquzluğu" sammitinə dəvət üçün Dana təşəkkür edib və ikitərəfli görüşdə bir sıra məsələləri müzakirə etdiklərini qeyd edib.

Onlar həmçinin Zelenskinin mart ayında Buxarestə səfəri zamanı müxtəlif sahələrdə əldə edilən razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.

"Biz Rumıniyanın həmrəyliyini və bölgəmizdə təhlükəsizlik, daha güclü Avropa və ədalətli dünyanın inkişafı üçün birgə işləmək istəyini yüksək qiymətləndiririk", - Zelenski əlavə edib.

QAZİLER.AZ