Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz istefa verib.
Qaziler.az bildirir ki, bu barədə 13 may tarixində Kremlin saytında məlumat verilib.
Rusiya prezidenti Vladimir Putin onun istefasını qəbul etdiyi haqda fərman imzalayıb.
Həmin fərmanla Yeqor Kovalçuk Bryansk vilayətinin qubernatoru vəzifəsini icra edəcək. O, səsvermə yolu ilə seçilən şəxs vəzifəyə başlayana qədər bölgəyə rəhbərlik edəcək.
QAZİLER.AZ



