Rusiyanın Ukrayna ilə sərhəd bölgəsinin qubernatoru istefa verib

Rusiyanın Ukrayna ilə sərhəd bölgəsinin qubernatoru istefa verib backend

Belqorod qubernatoru Qladkov istefa verib.

Ukrayna ilə həmsərhəd olan Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov istefa verib.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Rusiya Prezidenti Vladimir Putinin fərmanı Kremlin saytında dərc edilib.

"Belqorod vilayətinin qubernatoru V.V. Qladkovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar olaraq, Belqorod vilayətinin qubernatoru V.V. Qladkovun istefasını qəbul edirəm", - sənəddə deyilir.

Qeyd olunur ki, prezident proqramı "Qəhrəmanlar zamanı"nın iştirakçısı Aleksandr Şuvayev Rusiya bölgəsinin müvəqqəti rəhbəri təyin edilib.

QAZİLER.AZ