Rusiya səfiri Macarıstan XİN-ə çağırılıb

Rusiya səfiri Macarıstan XİN-ə çağırılıb backend

Macarıstan Qərbi Ukraynaya hücumdan sonra Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın qərbinə hücumundan sonra Rusiya səfiri Macarıstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Qaziler.az-ın 24.hu-ya istinadən məlumatına görə, bu barədə Baş nazir Peter Madyar açıqlama verib.

"Macarıstan hökuməti Transkarpatiyada baş verən dron hücumunu qətiyyətlə pisləyir. Macarıstanın xarici işlər naziri Anita Orban Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırdı", - deyə o bildirib.

Daha əvvəl Rusiya Silahlı Qüvvələrinin Ukraynanın qərb bölgələrinə kütləvi hücum etdiyi bildirilmişdi. 

QAZİLER.AZ