Zelenskinin keçmiş ofis rəhbəri Yermak yumurta atəşinə tutulub.
Ukrayna Prezidenti Vladimir Zelenski Administrasiyasının (PA) keçmiş rəhbəri məhkəmə binasından çıxarkən naməlum kişi ona yumurta atıb, amma istəyinə nail ola bilməyib.
Qaziler.az bildirir ki, keçmiş məmura hücumun görüntüləri Ukrayna televiziya kanalı TSN-nin Telegramında yayımlanıb.
"Prezident Administrasiyasının keçmiş rəhbəri məhkəmə iclasından sonra küçədə gedərkən bir kişi ona yumurta atıb. Onun cərimə olunduğu ehtimal edilir", - məlumatda deyilir.
Jurnalistlərlə söhbətində gənc oğlan hərəkətlərini Yermakın döyüşlərin getdiyi bir vaxtda Ukrayna xalqını soyduğunu söyləməklə izah edib.
QAZİLER.AZ



