Məzuniyyətə çıxan Ermənistanın Rusiyadakı səfiri İrəvana gəlib: "Ermənistana nota verilməyib"

Məzuniyyətə çıxan Ermənistanın Rusiyadakı səfiri İrəvana gəlib: "Ermənistana nota verilməyib" backend

Mən məzuniyyətdəyəm və Ermənistandayam; dünən gəlmişəm.

Qaziler.az bildirir ki, bunu NEWS.am-a verdiyi müsahibədə Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Qurgen Arsenyan bildirib.

"Bir il yeddi aydan sonra qərara gəldim ki, keçən ilki tətil vaxtımı istifadə edə bilərəm", - deyə Arsenyan bildirib.

Arsenyan bir neçə gün əvvəl Rusiya əleyhinə açıqlamalar verən Ukrayna prezidenti Vladimir Zelenski üçün Yerevanda görüş yeri təmin etməsinə etiraz olaraq Rusiya Xarici İşlər Nazirliyinə çağırılmasına toxunaraq deyib: "Ermənistana heç bir nota təqdim olunmayıb, Rusiya tərəfindən heç bir  kağız nüsxə də almamışıq. Şifahi söhbət oldu və bu barədə Ermənistan Xarici İşlər Nazirliyinə məlumat verildi".

Xarici İşlər Nazirliyində bu məsələ ilə bağlı hər hansı bir görüşdə iştirak edib-etməyəcəyi soruşulduqda, səfir belə cavab verib: "Mən məzuniyyətdəyəm, işləmirəm".

QAZİLER.AZ