Peskov atəşkəslə bağlı məsələyə münasibət bildirməkdən imtina etdi

Peskov atəşkəslə bağlı məsələyə münasibət bildirməkdən imtina etdi backend

Mayın 8-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə Rusiya arasında atəşkəsin 11 maya qədər uzadılması ilə bağlı açıqlamalarına münasibət bildirməkdən imtina edərək, prezidentin köməkçisi Yuri Uşakovun tezliklə məsələ ilə bağlı aydınlıq gətirəcəyini qeyd edib.

Qaziler.az bildirir ki, bu barədə "RİA Novosti" məlumat verir.

"Gözləyin, həmkarım Uşakov daha sonra brifinq keçirəcək. O, bu məsələ ilə bağlı aydınlıq gətirəcək", - Peskov jurnalistlərə bildirib .

Həmin günün əvvəlində Tramp Rusiya ilə Ukrayna arasında atəşkəsin münaqişəyə son qoyulmasının başlanğıcı ola biləcəyinə ümid etdiyini bildirib.

Ağ Ev rəhbəri əlavə edib ki, onun təşəbbüsü ilə iki tərəf müəyyən edilmiş müddət ərzində 1000 nəfərə 1000 nəfərlik əsir mübadiləsi aparacaq.

QAZİLER.AZ