Böyük Vətən Müharibəsində Qələbə Günü Rusiya və Belarus xalqları üçün əsas bayramdır. Rusiya Prezidenti Vladimir Putin bunu mayın 8-də belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündə açıqlayıb.
Qaziler.az bildirir ki, bu barədə "izvestiya" məlumat verib.
"Hörmətli Aleksandr Qriqoryeviç, sizi xalqlarımız üçün ən vacib və ortaq bayram olan Böyük Vətən Müharibəsində Qələbə Günü ərəfəsində görməyimə çox şadam", - deyə Rusiya lideri bildirib.
Dövlət başçısı qeyd edib ki, Belarus müharibə zamanı keçmiş Sovet İttifaqının ən çox zərər çəkmiş respublikalarından biri olub. Putin həmçinin Lukaşenkonun Moskvada keçirilən anım tədbirlərində iştirakının simvolikliyini vurğulayıb.
Bundan əlavə, Rusiya prezidenti bildirib ki, Moskva rəsmi olaraq heç kimi Qələbə Günü şənliklərinə dəvət etməyib, lakin iştirak etmək qərarına gələn bütün xarici qonaqları qarşılayacaq. O, həmçinin əlavə edib ki, Lukaşenkonun səfəri hazırkı vəziyyətdə, o cümlədən təhlükəsizlik məsələləri baxımından aktualdır.
QAZİLER.AZ



