Qırmızı bülletenlə axtarışda olan narkotik qaçaqmalçısı Türkiyədə tutuldu

Qırmızı bülletenlə axtarışda olan narkotik qaçaqmalçısı Türkiyədə tutuldu backend

İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan xarici vətəndaş narkotik qaçaqmalçısı Mersində keçirilən əməliyyatda tutulub.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Vilayət Polis İdarəsinin açıqlamasına görə, Narkotik Cinayətləri və Kəşfiyyat şöbələri Milli Kəşfiyyat Təşkilatı qrupları ilə birlikdə İnterpol tərəfindən narkotik qaçaqmalçılığına görə qırmızı bülletenlə axtarılan xarici vətəndaş E.B.-nin şəhərdə olduğunu müəyyən ediblər.

Qruplar şübhəlini Yenişehir rayonundakı bir ünvanda keçirilən əməliyyatda yaxalayıblar.

QAZİLER.AZ