İkinci Dünya Müharibəsi zamanı Berlini ələ keçirən general Jerebinin Moskva vilayətində, Sergiev Posaddakı evi yanıb.
Moskva vilayətinin Sergiev Posad şəhərində Sovet İttifaqı Qəhrəmanı, general-polkovnik Dmitri Jerebinin evi yanıb.
Qaziler.az bildirir ki, bu barədə VKontakte-dəki "Vperyod" qəzeti məlumat verib.
"Bura Sovet İttifaqı Qəhrəmanı, general-polkovnik Dmitri Jerebinin gəncliyini keçirdiyi ev kimi tanınırdı. Hətta binaya xatirə lövhəsi də vurulmuşdu. Onlar evi nəsillər üçün qorumaq və orada xatirə muzeyi yaratmaq istəyirdilər", - deyə nəşr bildirib.
Qeyd edilib ki, bina rəsmi olaraq boşaldılıb və kommunal xidmətlərdən ayrılıb, lakin insanlar orada qanunsuz yaşayırdılar.
QAZİLER.AZ



