Rusiyanın Perm diyarının qubernatoru Dmitri Maxonin Telegram kanalında Permdə Qələbə Günü paradının bu il keçirilməyəcəyini açıqlayıb.
Qaziler.az bildirir ki, bu barədə "interfaks" məlumat yayıb.
Xəbər verildiyi kimi, cümə axşamı günü Perm diyarında bir sənaye müəssisəsinə dron hücumu edilib və bir neçə dron vurulub.
Hadisələr nəticəsində Permdə yaşayış binasına və inzibati binaya ziyan dəyib, nəticədə bir nəfər yaralanıb.
Hadisənin baş verdiyi binanın yaxınlığındakı xəstəxanaya da ziyan dəyib.
Bundan əlavə, 29 və 30 aprel tarixlərində sənaye obyektlərinə dron hücumları həyata keçirilib. 29 apreldə sənaye obyektlərindən birinə edilən hücumdan sonra yanğın baş verib və onu söndürmək üçün 400-dən çox insan cəlb edilib. Hakimiyyət orqanları bu hücumdan sonra təmizləmə işlərinin başa çatdığını hələlik bildirməyib.
Maxoninin sözlərinə görə, hadisələr nəticəsində itki olmayıb.
QAZİLER.AZ



