Bəqai: Tehran ABŞ-nin təklifini nəzərdən keçirir

Bəqai: Tehran ABŞ-nin təklifini nəzərdən keçirir backend

ABŞ-nin pakistanlı vasitəçisi tərəfindən İrana çatdırılan təklifi hələ nəzərdən keçirilir.

"Report" IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, İran mesajları nəzərdən keçirir və ABŞ tərəfinə hələ ki heç bir cavab verməyib.

Daha əvvəl "The Wall Street Journal" jurnalisti Lourens Norman "X" sosial şəbəkəsində bildirmişdi ki, Tehran və Vaşinqton arasındakı razılaşma iki zaman dövrünü nəzərdə tutacaq. Birinci mərhələ - İran limanlarının dəniz blokadasının yumşaldılması və bəlkə, sanksiyaların bir qədər zəiflədilməsidir. 30 gün müddətli ikinci mərhələ isə nüvə məsələsinin həllinə həsr olunacaq.