Fitsonun Moskvaya getməsi müşkülə çevrilib

Fitsonun Moskvaya getməsi müşkülə çevrilib backend

Slovakiyanın Baş naziri Robert Fiko Polşa və Baltikyanı ölkələrinin onun təyyarəsi üçün hava məkanını açmaqdan imtina etməsi səbəbindən Moskvaya daha uzun bir marşrutla getmək məcburiyyətində qalır.

Qaziler.az bildirir ki, bu barədə "Marker" məlumat yayıb.

Nəşrin məlumatına görə, Slovakiya nümayəndə heyəti Çexiya, Almaniya, İsveç və Finlandiyadan keçən uzun bir marşrutla Rusiya paytaxtına gedəcək.

Bu qərar Estoniya, Litva, Latviya və Polşanın rəsmi və ya şəxsi rabitə vasitəsilə Slovakiya hökumət təyyarələrinin öz əraziləri üzərindən uçmasını qadağan etməsindən sonra qəbul edilib.

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ölkəsinin təcavüzkarı şərəfləndirməyə xidmət edən uçuşlara icazə verməyəcəyini vurğuladı.

Eyni zamanda, Skandinaviya ölkələri və Almaniya Fitsonun onların hava məkanı üzərindən uçuşuna qarşı heç bir etiraz bildirməyiblər.

QAZİLER.AZ