Ukrayna və İsveç bu il "Gripen"lə bağlı müqavilə imzalaya bilərlər

Ukrayna və İsveç bu il "Gripen"lə bağlı müqavilə imzalaya bilərlər backend

Ukraynanın "Gripen E" qırıcı təyyarələrini alması ilə bağlı müqavilə yaxın aylarda imzalana bilər.

Qaziler.az-ın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın müdafiə naziri Mixaylo Fedorov məlumat verib.

İsveçin müdafiə naziri Pal Yonson "danışıqların yaxşı irəlilədiyini" qeyd etdi və bu il "Gripen" ilə bağlı müqavilənin bağlanmasını istisna etmədi.

İlk tədarüklərin müqavilənin imzalanmasından cəmi üç il sonra baş tutacağı gözlənildiyi üçün bu təyyarələr Ukraynanın müharibədən sonrakı qırıcı donanması üçün prioritet hesab olunur. Lakin onların maliyyələşdirilməsi ilə bağlı suallar yaranır.

QAZİLER.AZ