İsrail ordusu Qəzzaya zərbə endirib, HAMAS-ın liderlərindən olan Xəlil əl-Hayyanın oğlu öldürülüb

İsrail ordusu Qəzzaya zərbə endirib, HAMAS-ın liderlərindən olan Xəlil əl-Hayyanın oğlu öldürülüb backend

İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin qərbində təhlükəsizlik qərargahının mühafizə postuna zərbə endirib.

“The Tımes of Israel”in xəbərinə görə, zərbə nəticəsində HAMAS-ın 3 üzvü öldürülüb.

Məlumata görə, hücum zamanı daha 4 HAMAS üzvü xəsarət alıb.

Reuters“ isə HAMAS rəsmisi Basim Naimə istinadən xəbər verir ki, İsrailin hava zərbəsi nəticəsində ABŞ vasitəçiliyi ilə Qəzzanın gələcəyi üzrə aparılan danışıqlarda HAMAS-ın əsas iştirakçısı olan Xəlil əl-Hayyanın oğlu Azzam əl-Hayya öldürülüb.

Rəsmi bildirib ki, bu zaman HAMAS-ın liderləri Qahirədə İsraillə atəşkəsin qorunmasına yönəlmiş danışıqlar aparıb.

Məlumata görə, Azzam əl-Hayya sürgündə olan Xəlil əl-Hayyanın İsrail hücumlarında ölən sayca dördüncü oğludur. (apa)