Gürcüstanın beşinci prezidenti Dövlət Təhlükəsizlik Xidmətinin Maliyyə Nazirliyinin istintaq xidmətinin şöbə müdiri Georgi Udzilaurini casusluq ittihamı ilə həbs etməsinə münasibət bildirib.
Qaziler.az bildirir ki, bu barədə sovanews.tv məlumat verib.
Salome Zurabişvili sosial mediada yazıb:
""Arzu" (hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası nəzərdə tutulur - red.) öz korrupsioner heyətini həbs etmək və öz biznesindən pul müsadirə etmək üçün resurslarını tükətdimi? Yəqin ki, yox, və daha çoxları "diz çökməli" olacaq...
Lakin yeni bir dalğa başlayıb: öz təbliğatçıları casus elan edilir və həbsxanaya göndərilir", - Zurabişvili yazır.
QAZİLER.AZ



