İrəvanın Botanika bağında rusiyalı qadının cəsədi asılmış vəziyyətdə tapıldı

İrəvanın Botanika bağında rusiyalı qadının cəsədi asılmış vəziyyətdə tapıldı backend

Qadının cəsədi Botanika bağının təhlükəsizlik işçisi tərəfindən aşkar edilib.

Qaziler.az news.am-a istinadən bildirir ki, dünən Ermənistan Daxili İşlər Nazirliyinə Botanika İnstitutunun girişində yerləşən pavilyonun arxasında asılmış cəsəd barədə məlumat daxil olub.

Fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları mərhumun etnik rus Valentina Orlova olduğunu müəyyən ediblər.

İstintaq şöbəsi hadisə ilə bağlı cinayət işi açıb.

QAZİLER.AZ