İran hazırda ABŞ-nin irəli sürdüyü təklifi araşdırmaqdadır.
Qaziler.az-ın trend-ə istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, İran yekun nəticəyə gəldikdən sonra öz rəyini Pakistan tərəfinə bildirəcək.
Qeyd edək ki, ötən gün ABŞ Hörmüz boğazında hərbi münaqişə səbəbindən akvatoriyada qalan gəmilərin keçirilməsi üçün həyata keçiriləcək “Project Freedom” (“Azadlıq Layihəsi”) əməliyyatını dayandırdğını elan edib.
İran tərəfi hazırda sadəcə müharibənin sona çatdırılması ilə əlaqədar məsələni araşdırmaqdadır və nüvə məsələsinin müzakirəsinin hazırda gündəmdə olmadığını bildirir.
Əlavə edək ki, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) 4 mayda Hörmüz boğazına ciddi dəniz nəzarəti üzrə yeni zonanı elan edib.
Qeyd edək ki, 28 fevral -7 aprel ABŞ, İsrail və İran arasında baş verən müharibə nəticəsində Hörmüz boğazından sərbəst şəkildə gəmilərin keçidinə ciddi şəkildə məhdudiyyət yaranıb.



