Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanı Prezident Sarayında qəbul edib.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.
Prezident Sarayında keçirilən görüş mətbuata qapalı keçirilib.
Görüşdə xarici işlər naziri Hakan Fidan, Prezidentin Kommunikasiya direktoru Burhanəddin Duran, Prezident Administrasiyasının rəhbəri Həsən Doğan və Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Akif Çağatay Kılıç da iştirak edib.
QAZİLER.AZ



