Krımda əyləncə parkı yanır

Krımda əyləncə parkı yanır backend

krımın Yevpatoriya şəhərində "Avanqard" əyləncə parkı yanır.

Yevpatoriyadakı "Avanqard" əyləncə parkında yanğın baş verib.

Qaziler.az bildirir ki, bu barədə "Mash na volne" Telegram kanalı xəbər verir.

Şahidlər əyləncə zonasını tamamilə bürüyən qatı qara tüstü barədə məlumat veriblər.

Hadisə nəticəsində ölənlər barədə rəsmi məlumat yoxdur. Mənbə qeyd edib ki, xilasedicilər ötən yay həmin parkdakı batut mərkəzində baş verən yanğını söndürüblər.

Kanalın məlumatına görə, park ziyarətçiləri artıq attraksionlarda təhlükəsizlik qaydalarına əməl edilməməsindən şikayətləniblər.

İstifadəçilərdən biri "Avanqard"a verdiyi rəydə işıq dirəklərindən birinin elektrik cərəyanı vurmasına səbəb ola biləcəyini qeyd edib.